20 noyabr 2010 16:19
Rəşad Sadıqov Superliqanın liderinə qarşı da oynaya bilməyəcək
Millimizin kapitanı Rəşad Sadıqov Türkiyə Superliqasında daha bir tur istirahət etmək məcburiyyətində qalacaq. Azerisport.az xəbər verir ki, həmyerlimizin şərəfini qoruduğu Eskişehirspor klubunun sabah keçiriləcək Trabzonspor`la qarşılaşmasına aparılan heyət açıqlansa da, bəzi futbolçular həmin siyahıdan kənarda qalıb.
Baş məşqçi Bülənt Uygun Eskişehirspor`un əsas hücumçusu Batuhan Karadenizlə müdafiəçimiz Rəşad Sadıqovu səfərə aparmağa ehtiyac duymayıb. Çünki hər iki futbolçu zədə ucbatından komandanın son hazırlıqlarına iştirak etmirdilər.
Qeyd edək ki, sabah keçiriləcək Trabzonspor – Eskişehirspor matçı ərəfəsində həmyerlimizin komandası 11 xalla 14-cü yerdə qərarlaşıbsa, trabzonlular 29 xalla Superliqaya liderlik edirlər.
