20 noyabr 2010 16:36
Şefer klublara səsləndi: Mərkəzi arenada məşqləri yığışdırın
Ölkə kubokunun son qalibi Bakı`nın baş məşqçisi Vinfrid Şefer Premyer Liqanın 14-cü turu çərçivəsində bu gün keçirilən MOİK-lə oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 4 cavabsız qolla qalib gəldikləri oyundan sonra bunları vurğulayıb:
“Böyükhesablı qələbəyə baxmayaraq, yaxşı oyun sərgiləyə bilmədik. Bir sıra epizodlarda oyunçular heç də ciddi deyildilər, artıq hərəkətlər, fintlər edirdilər. Amma sona kimi mübarizə aparmaq lazımdır. Stadionun qazonu pis vəziyyətdədir. Klublara da məsləhət görərdim ki, Tofiq Bəhramov adına Respublika stadionundan məşq üçün istifadə etməsinlər”.
