20 noyabr 2010 17:19
Mahir Şükürov azərbaycanlı futbolçunun qoluna üzüldü
Bu gün Rusiya çempionatında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin futbolçusu Mahir Şükürovun çıxış etdiyi Anji doğma meydanında Saturn`u qəbul edib.
Son oyunlarda əsas heyətdə yer almayan millimizin müdafiəçisi Anji – Saturn qarşılaşmasında da Hacı Hacıyevin etimadını qazana bilməyib. Saturn`un heyətində isə azərbaycanlı futbolçu Emin Mahmudov həmyerlimizin komandasına qarşı ilk dəqiqələrdən mübarizə aparmaq hüququ qazanıb. Elə oyunda hesabı da məhz o açıb. Mahmudovun 51-ci dəqiqədə vurduğu qoldan az sonra (62-ci dəq.) komanda yoldaşı Topiç fərqi daha da artırıb. Mahirin komandasında yalnız Çorayev 70-ci dəqiqədə penaltidən təsəlli qoluna imza atıb.
Qeyd edək ki, 29 turdan sonra 30 xalı olan Anji 12-ci pillədə qərarlaşıb.
