20 noyabr 2010 17:29
Süleymanovun keçmiş klubu Diniyevin qələbəyə sevinməsinə imkan vermədi
Bu gün Rusiya çempionatında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq çalışdırıcısı Şahin Diniyevin məşqçilər korpusunda yer aldığı Terek səfərdə Alaniya ilə qarşılaşıb.
Həmyerlimizin komandası Alaniya üzərində qələbəni əldən verib. Qabulovun 45-ci dəqiqədə vurduğu avtoqolla önə keçən Terek fasilədən sonra üstünlüyünü əldən verib. 64-cü dəqiqədə Bikmayev, 77-ci dəqiqədə isə məhz Qabulovun vurduğu qol Alaniyaya əzmkar qələbə qazandırıb.
Qeyd edək ki, Alaniya hazırda AZAL-ın sükanı arxasında çalışan Nazim Süleymanovun forma geydiyi klublardandır. Diniyevin hazırda çalışdığı Terek`in keçirdiyi 29 oyundan sonra 32 xalla 11-ci pillədə qərarlaşdığını da vurğulayaq.
