20 noyabr 2010 17:32
Xəzər Lənkəranla Neftçi doğma meydanda məğlub oldu
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 14-cü turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, keçirilən 3 oyundan 2-də qonaqlar, birində meydan sahibləri qələbə qazanan tərəf olub.
Rəhman Musayevin yeganə qolu sayəsində səfərdə Neftçi`ni minimal hesabla məğlub edən Qəbələ cari mövsümdə 8-ci qələbəsini qazanı və turnir cədvəlindəki mövqeyini qoruyub. Neftçi`nin əzəli rəqibi Xəzər Lənkəran da doğma meydanda məğlubiyyət acısı yaşayıb. AZAL isə Qarabağ`ı məğlub yola salıb.
Əvəzedicilərin çempionatı
14-cü tur
20 noyabr
Neftçi - Qəbələ - 0:1
Qol: Rəhman Musayev, 44.
Xəzər Lənkəran – Muğan - 1:2
Qol: Fikrət Ulduzlu, 89-pen. - Nail Bəşirli, 43, Rüfət Məmmədov, 80.
AZAL – Qarabağ - 3:1
Qollar: Emin Ağaməmmədli, 24, Orxan Səfiyaroğlu, 69, Elmin Çobanov, 90+2 - Rövşən İsmayılov, 15.
1. Turan 14 11 2 1 25-10 35
2. Bakı 14 10 3 1 35-9 33
3. AZAL 14 8 5 1 22-8 29
4. Qəbələ 14 8 4 2 30-13 26
5. Muğan 14 6 3 5 13-12 21
6. İnter 14 4 6 4 14-18 18
7. MOİK 14 4 5 5 17-19 17
8. Neftçi 14 4 3 7 21-20 15
9. Gəncə 14 3 4 7 14-20 13
10. Qarabağ 14 3 3 8 23-29 12
11. XL 14 3 1 10 11-30 10
12. Simurq 14 0 1 13 6-43 1
