20 noyabr 2010 17:44
Simurq`un kapitanı 1 aylıq sıradan çıxdı
Zaqatalanın Simurq klubu növbəti 1 ay ərzində kapitan Rasim Ramaldanovun xidmətindən istifadə edə bilməyəcək. Azerisport.az xəbər verir ki, gənc futbolçu Premyer Liqanın bu gün keçrilən Gəncə ilə qarşılaşmasında topuğundan zədələnib.
Tibbi müayinədən keçən Ramaldanovun ayaq bağlarında qopma olduğu müəyyən edilib. Həkimlərin rəyinə əsasən Simurq`un kapitanı 1 ay müddətində bərpa prosesi keçəcək.
