20 noyabr 2010 18:12
“Premyer Liqada qalmaq üçün sonadək vuruşacağıq”
MOİK-in baş məşqçisi Ramil Əliyev bu gün Premyer Liqanın 14-cü turu çərçivəsində keçirilən Bakı ilə oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, “hərbçilər”in çalışdırıcısı matçdan sonrakı mətbuat konfransında aşağıdakıları söyləyib:
“İlk öncə Bakı`nı qələbə münasibəti ilə təbrik edirəm. Qapımızdan qol buraxana qədər komandamız yaxşı mübarizə apardı. Lakin qol buraxdıqdan sonra komanda ruhdan düşdü, oyun intizamı pozuldu. Bununla belə həvəsdən düşmürük, Premyer Liqada qalmaq üçün sonadək vuruşacağıq”.
