20 noyabr 2010 18:34
Revaz Dzodzuaşvili: Bizi üstələdilər, qalib gəldilər
Turan`ın baş məşqçisi Revaz Dzodzuaşvili bu gün Premyer Liqanın 14-cü turu çərçivəsində keçirilən İnter`lə oyun haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, gürcü mütəxəssis matçdan sonrakı mətbuat konfransında ancaq bunları qeyd edib:
“İnter yaxşı futbolçulardan qurulmuş komandadır. Bugünkü qarşılaşmada bizi üstələdilər, qalib gəldilər. Çempionluq uğrunda mübarizədə uğurlar arzu edirəm”.
