20 noyabr 2010 18:38
Bakı`nın baş məşqçisi Xəzər Lənkəran`la oyunda kimin yoxluğuna üzülür?
Bakı`nın baş məşqçisi Vinfrid Şefer Premyer Liqanın 14-cü turu çərçivəsində bu gün keçirilən MOİK-lə oyunda Əziz Quliyevin qırmızı vərəqə almasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı təcrübəli mütəxəssis onun yoxluğunu ciddi itki adlandırıb:
“Bu günkü oyunda böyükhesablı qələbə məni razı saldı, lakin Əziz Quliyevin lazımsız yerə qırmızı vərəqə alması məni üzür. Növbəti turda Xəzər Lənkəran`la çətin oyunumuz var, Əzizin yoxluğunu hiss etdirməməyə çalışacağıq. Meydançanın vəziyyəti də ürəkaçan deyildi”.
