20 noyabr 2010 18:51
“Əks-hücum zamanı onlar çox təhlükəli olurlar”
Son ölkə çempionu İnter`in baş məşqçisi Kaxaber Sxadadze bu gün Premyer Liqanın 14-cü turunun Turan`la oyunu haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, gürcü məşqçi matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Turan əvvəlki oyunlarla nisbətdə xeyli artırıb. Komandanın hücumunda alçaqboylu futbolçular var. Əks-hücum zamanı onlar çox təhlükəli olurlar. Bunu bilirdik, Turan`ın oyunlarını izləmişdik. Futbolçulara lazımi tapşırıqları vermişdim. Qalib gəldiyimiz üçün şadam. Revaz Dzodzuaşvili gürcü futbolunun canlı əfsanəsidir, simasıdır”.
