20 noyabr 2010 19:00
Haciyevski: Qazandığımız nəticəni normal sayıram
Simurq`un baş məşqçisi Qyoko Haciyevski bu gün Premyer Liqanın 14-cü turu çərçivəsində keçirilən Gəncə ilə oyun haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, doğma meydanda qolsuz heç-heçəyə razılaşdıqları qarşılaşmadan sonra makedoniyalı mütəxəssis bunları söyləyib:
“Hər iki komanda bu gün qələbə üçün oynadı, əzmkar mübarizə apardı. Gəncə futbolçuları bizimkilərdən təcrübə baxımından daha üstün idi. Qazandığımız nəticəni normal sayıram. Son dəqiqələrdə bir neçə dəfə fərqlənə bilərdik. Kapitan Rasim Ramaldanovun zədələnməsi mənə çox pis təsir etdi. Gəncə komandasını bu nəticə ilə təbrik edirəm. Azarkeşlərimizə dəstəyə görə minnətdaram”.
