20 noyabr 2010 19:06
Fuad İsmayılov: “İlk altılıq” yolunda növbəti “qızıl xallar”ımızı itirdik”
Gəncə klubunun baş məşqçisi Fuad İsmayılov bu günkü Simurqla səfər matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, rəqiblə qolsuz heç-heçəyə razılaşan gəncəlilərin çalışdırıcısı matçdan sonrakı mətbuat konfransında bunları vurğulayıb:
“Simurq bu gün çox əzmkar oyun nümayiş etdirdi. Xüsusilə də qapıçı çox gözəl oyun göstərdi. Fikrimcə “ilk altılıq” yolunda növbəti “qızıl xallar”ımızı itirdik”.
