20 noyabr 2010 23:08
Baxımsız oyun Bakı`nın özünə gəldiyindən xəbər vermir
Bu gün Premyer Liqanın 14-cü turunun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, ilk oyun gününün 3 görüşündən ikisi Bakıda, digər 1 oyun isə bölgədə baş tutdu.
Paytaxtda baş tutan qarşılaşmalarda qaliblər hardasa öncədən bəlli idi. Çünki son iki turda ardıcıl qələbələr qazanan Bakı`nın autsayder MOİK ilə dueldə xal itirməsi inandırıcı görünmürdü. Belə də oldu.
Vinfrid Şeferin komandası xüsusilə dayaq yarımmüdafiəçisi Ernad Skuliçin dublu sayəsində 4 cavabsız qolla ardıcıl 3-cü qələbəsinə qovuşdu. Nəticədə paytaxt təmsilçisi “ilk altılıq”da özünə yer etsə də, sərgilənən oyun haqda heç də yüksək fikirlər söyləmək olmur. Necə ki, almaniyalı mütəxəssis özü də yetirmələrinin çıxışından razı qalmadığını oyundan sonra dilə gətirməyi unutmadı. Buna görə də hələlik Bakı`nın tam özünə gəldiyini demək olmaz.
İnter də Turan`la görüşdə asan qələbəyə sevindi. Lakin son turda Gəncə`ni məğlub edən Tovuz klubu paytaxta da böyük ümidlərlə gəlmişdi. Gəl ki, matç başlayan kimi bölgə təmsilçisinin qapısına vurulan erkən qol Dzodzuaşvilinin komandasının planlarını alt-üst etmiş oldu. Nəticədə fasilədən sonra daha iki qol buraxan qonaqlar, çempionun Xəzər Lənkəran`a çatmasına mane ola bilmədilər.
Günün digər oyunu Zaqatalada yerli Simurqla Gəncə arasında baş tutdu. Premyer Liqanın açılış oyununda Gəncədə keçirilən qarşılaşmada komandalar 1:1 hesablı bərabərliyə nail olmuşdular. Elə bu dəfə də tərəflər qalibi müəyyənləşdirə bilmədilər. Yeganə fərq bu dəfə 1 xalın qolsuz başa gəlməsidir. Son oyunlarda uğursuz çıxışı ilə seçilən Gəncə`nin heç vəchlə özünə gələ bilməməsi diqqət çəkməyə bilməz.
Premyer Liqa
14-cü tur
MOİK - Bakı - 0:4 (0:1)
20 noyabr 2010. Saat 14:00. Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı
Baş hakim: Əfqan Həmzəyev
Baş hakimin köməkçiləri: Elşən Durmuşov, Zeynal Zeynalov
Dördüncü hakim: Tahir Əhmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Sarı vərəqələr: Vüqar Əsgərov, 45+2; Anar Qasımov, 52; Ramil Əliyev, 80 // Əziz Quliyev, 45+1; 86
Qırmızı vərəqə: Əziz Quliyev, 86
Qollar: Ernad Skuliç, 56; 81; Joel Epalle, 88; Saşa Kaykut, 90+2
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 2 dəq.
MOİK: 12. Davud Kərimi, 4. Vüqar Əsgərov (16. Nəriman Əzimov, 76), 6. Emin Mustafayev (18. Rəfael Qəvami, 69), 7. Cavidan Ağayev (5. Ceyhun Adışirinov, 62), 10. Anar Qasımov, 13. Fərid Həşimzadə (k), 15. Elçin Həşimov, 17. Orxan Babayev, 19. Nuran Qurbanov, 24. Ramil Əliyev, 26. Ruslan Hüseynov.
Ehtiyat oyunçular: 22. Taryel Hüseynov, 3. Şamil Səlimxanov, 9. Nicat Tağıyev, 11. Zaur Məmmədov.
Baş məşqçi: Ramil Əliyev
Bakı: 1. Marko Şarliya, 5. Stefan Borbikoni, 8. Ernad Skuliç, 11. Adnan Barakat, (2. Saşa Kaykut, 57), 15. Cəmşid Məhərrəmov (k), 20. Fabio Luis Ramim, 29. Əziz Quliyev, 30. İbrahim Karqbo, 77. Aleksandar Soliç, 85. Jaba (10. Joel Epalle, 84), 99. Leonardo Roşa (7. Mahmud Qurbanov, 75).
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 4. Vadim Borets, 9. Vaqif Cavadov, 32. Aleksey Savinov.
Baş məşqçi: Vinfrid Şefer.
Simurq - Gəncə - 0:0
20 noyabr 2010. Saat 14:00. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 600 tamaşaçı
Baş hakim: Ceyhun Haşımov
Baş hakimin köməkçiləri: Ramiz Əsədov, Habil Əliyev
Dördüncü hakim: Rasim Məmmədov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Mikayıl Rəhimov, 81 // Azər Məmmədov, 90
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.
Simurq: 22. Adnan Hodziç, 3. Rasim Ramaldanov (k), 5. Elvin Yunusov, 6. Mikayıl Rəhimov, 8. Qərib İbrahimov, 17. Rüstəm Məmmədov, 15. Elvin Musazadə (9. Əli Bağırov, 46), 10. Vasif Əliyev (27. Ramil Sayadov, 61), 7. Samir Əliyev (11. Yasin Abbasov, 73), 23. Elçin Xəlilov, 14. Anar Həsənli.
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 18. Elnur Yusifov, 19. Azər Səfərli, 2. Elşən Əliyev.
Baş məşqçi: Cokiça Hadziyevski
Gəncə: 1. Еdis Kurtanoviç, 2. Xəyal Mustafayev, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 5. Mətləb Məmmədov, 25. Armand Feutchine (18. İbrahim Hüseynov, 81), 7. Ramal Hüseynov (24. Levan Mdvinişvili, 82), 13. Zura Dzamsaşvili, 9. Ceyhun Sultanov, 11. Sabir Allahquliyev, 23. Junivan Suares.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 8. Georgi Seturidze, 14. Rafael Əmirbəyov, 20. Vladimir Kozlenko, 3. Vasif Haqverdiyev.
Baş məşqçi: Fuad İsmayılov.
İnter - Turan - 3:0
20 noyabr 2010. Saat 16:00. “Şəfa” stadionu. 355 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Mübariz Haşımov
Dördüncü hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Xaqani Məmmədov
Qollar: David Odikadze, 2; Mario Santana, 55; Robertas Poşkus, 88
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
İnter: 1. Georgi Lomaya, 8. Aleksandr Çertoqanov, 9. Rövşən Əmiraslanov (6. Dmitri Kruqlov, 61), 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 19. David Odikadze, 20. Girts Karlsons (32. Robertas Poşkus, 83), 21. Arif Daşdəmirov, 35. Mario Santana (14. Petar Zlatinov, 71), 4. Danildo Assioli.
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 23. Şəhriyar Rəhimov, 84. Filipe Maçado, 88. Kaxaber Mjavanadze.
Baş məşqçi: Kaxaber Sxadadze
Turan: 85. Kamal Bayramov, 2. Hüseyn İsgəndərov (15. Cavid Tağıyev, 56), 3. Vurğun Hüseynov (k), 4. Ruslan Namazov, 5. Muammer Erdoğdu, 11. Azər Məmmədov (9. Rəşad Piriyev, 72), 14. Viktor Qonta, 18. Hafiz Əliyev, 21. Rəşad Orucov, 24. Georgi Çediya, 45. Fərmayıl Əliyev (19. Rəşid Həsənov, 69).
Ehtiyat oyunçular: 12. Şamil Saidov, 16. Şalva Pirtsxalava, 17. Orxan İsmayılov, 78. Romuald Onana.
Baş məşqçi: Revaz Dzodzuaşvili.
1. Neftçi 13 9 3 1 29-7 30
2. XL 13 8 3 2 14-6 27
3. İnter 14 8 3 3 13-9 27
4. AZAL 13 7 4 2 18-7 25
5. Qarabağ 13 6 3 4 15-9 21
6. Bakı 14 6 3 5 21-16 21
7. Qəbələ 13 5 4 4 9-7 19
8. Gəncə 14 3 7 4 19-20 16
9. Turan 14 2 5 7 11-21 11
10. Muğan 13 2 5 6 6-14 11
11. Simurq 14 1 4 9 9-21 7
12. MOİK 14 1 2 11 5-32 5
