20 noyabr 2010 11:26
Rəşad Sadıqovun baş məşqçisi cəzasının azaldılmasına çalışır
Millimizin kapitanı Rəşad Sadıqovun forma geydiyi Türkiyənin Eskişehirspor klubunun baş məşqçisi Bülənt Uyğun haqqında çıxarılan qərardan şikayət edib. Azerisport.az xəbər verir ki, o, məsələyə təkrar baxılmasının istəyib.
Türkiyə Futbol İttifaqının Nizam İntizam Komitəsinin son iclasına dəvət edilən gənc mütəxəssis icazəsiz menecerlik fəaliyyəti ilə məşğul olduğuna görə, aldığı 8 matçlıq cəzanın azaldılmasına çalışıb. Buna qədər onun tələbi bir dəfə rədd edilsə də, Sadıqovun məşqçisi uğurlu sonluğa çatacağına inanır.
