20 noyabr 2010 00:07
Con Terri: 5 ildir zədəli-zədəli oynayıram
İngiltərə millisinin və Chelsea klubunun təcrübəli müdafiəçisi Con Terri sensasion açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, sabit oyunu ilə seçilən arxa xətt oyunçusu son 5 mövsümdə zədəli-zədəli çıxış etdiyini açıqlayıb.
29 yaşlı futbolçu hazırda məcburi istirahətlə məşğuldur. Çünki ötən mövsümdən bəri sinirlərində problem yaranan Terrinin buna görə müalicə keçməsinə qərar verilib. Digər tərəfdən son 5 ildə onun daim iynə ilə oyunlara çıxması da bədəninin iflasa uğramasıyla nəticələnib.
Təcrübəli oyunçunun bu haqda öz dediklərinə diqqət yetirək: “Ən son heç bir problemim olmadan oyuna çıxmağım 5 il öncəyə təsadüf edir. Bəlkə də lap daha öncələrə. Çünki bunu dəqiq xatırlamıram. Əgər iynə ilə oynamağa davam edə bilsəydim, oynardım. Amma bu anda çəkdiyim ağrının bənzərini əvvəllər heç vaxt çəkməmişdim”.
