20 noyabr 2010 00:28

Adamsın Qəbələ`si Neftçi`yə də məğlub olmayacaq?

Bu gün Premyer Liqanın 14-cü turunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, nəhayət son həftələrdən fərqli, bu turun qarşılaşmaları şənbə və bazar günü keçiriləcək.
 
İlk oyun gününün Bakıdakı açılış oyununda paytaxtın iki komandası – MOİK və Bakı qarşılaşacaq. Premyer Liqaya uğursuz başlayan, lakin getdikcə öz oyununu tapan ölkə kubokunun son qalibi turnir cədvəlində 7-ci pilləyədək irəliləyə bilib. Çempionatın aşkar autsayderinə çevrilən MOİK-lə görüşdə qələbə qazanacağı təqdirdə Vinfrid Şeferin yetirmələri ilk “altılığ”a düşmək üçün yaxşı şans əldə bilərlər. Hansı ki, rəqibin kifayət qədər çətin günlər keçirməsi buna tam şərait yaradır.
 
Zaqatalada isə Simurq Gəncə şəhərinin eyniadlı komandasını qəbul edəcək. Xatırladaq ki, Premyer Liqanın açılış oyununda Gəncədə keçirilən qarşılaşmada komandalar 1:1 hesablı bərabərliyə nail olmuşdular. Əsasən gənc futbolçulardan təşkil olunan Simurq`la müqayisədə ötən mövsüm birinci divizionun qalibi olaraq Premyer Liqaya vəsiqə qazanan Gəncə cari mövsümdə İnter və Xəzər Lənkəran kimi klubları məğlub edə bilib. Son iki oyunda müvafiq olaraq Bakı və Turan`a məğlub olan Gəncə`nin “ilk altılığa” düşmək üçün Zaqatala təmsilçisini yenməsi vacibdir.
 
Turun ilk oyun günündəki digər qarşılaşmada son ölkə çempionu İnter Bakıda Turan`ı qəbul edəcək. Son iki oyunda Neftçi və Qəbələ ilə heç-heçə edən paytaxt klubunun çalışdırıcısı Kaxaber Sxadadzeni həmyerlisi - gürcü mütəxəssis Revaz Dzodzuaşvili ilə sınaq gözləyir. Məhz onun gəlişindən sonra oyununda irəliləmə hiss olunan Turan`ın son turda Gəncə üzərində əzmkar qələbə qazanması əlavə stimul sayıla bilər.
 
14-cü turun digər üç oyunu bazar günü keçiriləcək. Günün açılış oyununda AZAL Qarabağ`ı qəbul edəcək. Cari mövsüm uğurlu çıxışıyla diqqət çəkən AZAL turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Qeyri-sabit çıxışı ilə seçilən Qarabağ isə getdikcə liderlər qrupuna yaxınlaşmaqdadır.
 
Günün daha bir maraqlı oyunu Neftçi və Qəbələ arasında baş tutacaq. İlk dövrədə rəqibini 2:0 hesabı ilə məğlub edən Arif Əsədovun yetirmələri turnir cədvəlində liderliyini qorumaq üçün yenə eyni uğuru təkrarlamalıdır. Lakin Toni Adamslı Qəbələ təmsilçisi də son turlar məğlubiyyət tanımır. Neftçi cari mövsümdə doğma meydanda məğlub olmayıbsa, Qəbələ də son 7 oyunda meydanı məğlubiyyətsiz tərk edib. Paytaxt təmsilçisi ilə vacib oyun öncəsi Qəbələ`nin iki əsas hücumçusu - Deon Bartonla Branimir Subaşiçin zədə ucbatından oynamaması ciddi itki sayıla bilər.
 
Hesabat turuna Lənkəranda yekun vurulacaq. Mirça Rednikli Xəzər Lənkəran doğma azarkeşlər önündə Muğan`ı qəbul edəcək. Həmin Muğan`ı ki, son turda doğma meydanda Neftçi`yə 0:3 hesabı ilə məğlubiyyətdən sonra baş məşqçisi Almir Hurtiç istefa verdi. İlk dövrədə Salyanda bu komandalar arasında keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatmışdı. Son 6 oyunda qələbə qazan bilməyən Muğanı bu oyuna yeni çalışdırıcısı Bəhmən Həsənov çıxaracaq. Lakin lider Neftçi`dən üç xal geri qalan Lənkəran klubunun cari mövsümdə doğma meydanda məğlub olmadığını nəzərə alsaq, bu çalışdırıcının uğurlu debütə ümid bəsləməsi inandırıcı görünmür.

Premyer Liqa
14-cü tur
 
20 noyabr (şənbə)
 
MOİK – Bakı
Hakimlər: Əfqan Həmzəyev, Zeynal Zeynalov, Elşən Durmuşov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 14:00.
 
Simurq - Gəncə
Hakimlər: Ceyhun Haşımov, Habil Əliyev, Ramiz Əsədov, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Kərim Ağayev.
Zaqatala. Şəhər stadionu. Saat 14:00.
 
İnter - Turan
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Mübariz Haşımov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
 
21 noyabr (bazar)
 
AZAL - Qarabağ
Hakimlər: Elçin Məmmədov, Roman Vasilyev, Yaşar Abbasov, Alik Yunusov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Bakı. "Şəfa" stadionu. Saat 14:00.
 
Neftçi - Qəbələ
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, İlham Əliyev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Asif Namazov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00.
 
Xəzər Lənkəran - Muğan
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Coşqun Həsənov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Səfər Haşımov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 16:00.
 
 
1. Neftçi         13        9          3          1          29-7     30
2. XL               13        8          3          2          14-6     27
3. AZAL          13        7          4          2          18-7     25
4. İnter           13        7          3          3          10-9     24
5. Qarabağ   13        6          3          4          15-9     21
6. Qəbələ      13        5          4          4          9-7       19
7. Bakı           13        5          3          5          17-16   18
8. Gəncə       13        3          6          4          19-20   15
9. Turan        13        2          5          6          11-18   11
10. Muğan    13        2          5          6          6-14     11
11. Simurq   13        1          3          9          9-21     6
12. MOİK       13        1          2          10        5-28     5

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.