21 noyabr 2010 13:04
Xəzər Lənkəran Muğan`la oyuna Kamran Ağayevsiz çıxa bilər
Bu gün doğma meydanda Muğan`la qarşılaşacaq Xəzər Lənkəran aparıcı oyunçularından daha birinin xidmətindən yararlanmamaq təhlükəsiylə üz-üzədir. Azerisport.az xəbər verir ki, millimizin də şərəfini qoruyan Kamran Ağayev Salyan klubuyla qarşılaşmada forma geyməyə bilər.
Buna səbəb kimi, onun son iki gündə komandayla məşqlərə çıxmaması göstərilir. Çünki səhhətində problem yaranan milli üzvü hazırda sağlamlığının qeydinə qalmaqla məşğuldu. Buna baxmayaraq, onun haqda yekun qərarın son anda veriləcəyi bildirilir.
