21 noyabr 2010 14:23

Ernad Skuliç: Bakı`nın hədəfləri tam fərqlidir

Bakı`nın dayaq yarımmüdafiəçisi Ernad Skuliç Premeyr Liqanın 14-cü turu çərçivəsində MOİK üzərində qazandıqları 4:0 hesablı qələbədən sonra azerisport.az-ın suallarını cavablandırıb.
 
- MOİK üzərində gözlənilən qələbə qazandınız...
- Böyükhesabı qələbə qazanmağımıza baxmayaraq, matç çox ağır keçdi. Xüsusilə birinci hissə çətin alındı. Çoxdan idi belə stadionda oynamırdıq deyə, indi belə qazona alışmaq çox çətindir. Meydança çox vəziyyətdə idi. Ancaq ikinci hissədə istədiyimizi reallaşdıra bildik. Standart vəziyyətlər köməyimizə çatdı.
 
- Və sizin qollarınız...
- Mən hər oyunda irəli gedirəm. Buna görə də hər dəfə qol vəziyyətlərim olur. Ancaq hər dəfə qol vurmaq olmur.
 
- Siz adətən başla qollar vurursunuz və bu oyunda da oxşar vəziyyətlərdən alındı...
- Məndə demək olar ki, elə həmişə belə vəziyyətlər olduğu üçün başla qollar vururam.
 
- Bu mövsüm neçənci qolunuz idi?
- Bu oyundakı qollarla üçüncü oldu. Buna görə sevincliyəm. Nə qədər çox vursam, komandam üçün də yaxşıdı. Yeri gəlmişkən, mən indiyə kimi karyeramda dubl etsəm də, Azərbaycan karyeramda ilk dəfə buna nail oldum.
 
- İlk hissədə niyə heç nə alınmırdı?
- MOİK ancaq müdafiədən oyun qururdu. Buna görə də onlar heç nə edə bilmədilər. Əvəzində biz hücum etsək də, onlar da komanda şəklində müdafiə olunmağa üstünlük verirdilər. Ancaq qollar vurulduqca müdafiə yarılmağa başladı. Nəticədə biz 4 qol vura bildik. Bizim üçün əsas olan qələbə qazanmaq idi. Bizim nə vaxt və neçə qol vurmağımız artıq elə də əhəmiyyət daşımır.
 
- Bakı yenidən “altılığ”a qayıtdı. Bunu necə qiymətləndirirsən?
- Elə bilirsiz ki, buna görə sevinirik? Bakı bundan razı deyil. Bizim hədəflərimiz tam başqadır. Biz çempionluq və avrokuboklarda çıxış etmək uğrunda mübarizə aparırıq.
 
- Belə başlanğıcdan sonra bu, mümkündürmü?
- Əlbəttə, mümkündür. Bundan sonra hər şey öz əlimizdədir. Əgər qələbələrimizi sıralamağa başlasaq, hər şey qaydasına düşəcək. Biz artıq 3 oyundur ardıcıl qələbə qazanırıq. Belə seriya bizdə bu mövsüm hələ olmamışdı.
 
- Növbəti turda sizi Xəzər Lənkəran`la oyun gözləyir...
- Xəzər Lənkəran`la qarşılaşma çox çətin keçəcək. Bəli biz son vaxtlar onlar üzərində qələbə qazanırıq. Ancaq qarşıdakı oyun ərəfəsində bu bizim üçün heç nə demir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.