21 noyabr 2010 15:00
Barcelona`ya 0:8 hesabıyla uduzan məşqçi qovuldu
Ötən gün doğma meydanda Almeria`nın Barcelona qarşısında 8 cavabsız qolla məğlub olmasının cəzası baş məşqçisinə kəsilib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi biabırçı yenilginin ardından baş məşqçi Xuan Manuel Lilyonu istefaya göndərib.
Bu haqda klubun rəsmi saytında rəsmi açıqlama verilib. Xəbərdə bildirilir ki, qarşılaşmadan dərhal sonra klubun idarə heyəti təcili iclas keçirib və Lilyo ilə yolların ayrılmasına qərar verilib.
Qeyd edək ki, La Liqanın cari mövsümünə çox pis başlayan Almeria`nın çalışdırıcısına təzyiqlər onsuz da çox idi. Onun komandası oynadığı 12 matçda sadəcə 9 xal toplaya bilib.
