21 noyabr 2010 15:09
Flavinyo: “Həmin an futbol karyeramın bitdiyini düşünürdüm”
Neftçi`nin yalnız qış fasiləsindən sonra yaşıl meydanlara dönəcəyi bildirilən və buna görə də vətəninə yola salınan Flavinyo səfər ərəfəsində fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi paytaxt klubunun rəsmi saytına açıqlamasında bunları vurğulayıb:
“Səfərdə Muğan`la görüşdə başıma gələnlərdən xəbərdarsınız. İnanın, həmin an futbol karyeramın bitdiyini düşünürdüm. Ancaq sağ olsunlar ki, həkimlərimiz mənə təsəlli edərək tezliklə olmasa belə, yaşıl meydanlara qayıdacağımı bildirdilər. Hazırda komandamız liderdir, mən inanıram ki, futbolçularımız inamla bu liderliyi davam etdirəcəklər. Mən isə Neftçi Antalyada ki, ilk təlim-məşq toplanışına yollanmazdan öncə artıq Bakıda olacam” – deyə Flavinyo bildirib.
