21 noyabr 2010 16:38
Qəbələ Terri Kuku da itirdi
Premyer Liqanın 14-cü turu çərçivəsində keçirilən Neftçi ilə səfər oyunu Qəbələ`nin daha bir aparıcı oyunçusunu itirməsi ilə nəticələnib. Azerisport.az xəbər verir ki, paytaxt klubuyla qarşılaşmaya 3 aparıcı oyunçusu olmadan çıxan Toni Adamsın komandası bu qarşılaşmada Terri Kukun da zədələnməsinə üzülüb.
Təcrübəli futbolçu görüşün 27-ci dəqiqəsində mübarizə zamanı zədələnib. Həkimlərin ilkin müayinəsi nəticəsində meydana qayıtması mümkün olmadığı aşkarlanan Terrini Arif İsayev əvəzləyib.
Qeyd edək ki, Terri Kukdan öncə Qəbələ`nin düşərgəsində Branimir Subaşiç və Bruno da Silva da zədədən əziyyət çəkirdi. Onlarla yanaşı Neftçi ilə qarşılaşmada Deon Barton da vərəqə limitini doldurduğu üçün forma geymirdi.
