21 noyabr 2010 17:12
Kanu Azərbaycan çempionatında qol hesabını açdı
Futbol üzrə birinci divizion komandaları arasında təşkil olunan Azərbaycan çempionatında 11-ci turun daha üç oyunu keçirilib. Azerisport.az xəbər verir ki, lider Abşeron Göyəzən`i qəbul edib və rəqib qapısından 5 cavabsız qol keçirməklə, növbəti qələbəsini qazanıb.
Bu nəticə sayəsində paytaxt klubu zirvədəki mövqeyini qoruyub. İkinci pillənin sahibi Rəvan isə Karvan üzərində minimal hesablı qələbəyə sevinib və liderlə xal fərqinin artmasına imkan verməyib. Anşad Petrol isə doğma meydanda Neftçi İSM-lə bacarmayıb.
Qeyd edək ki, 11-ci tura sabah keçiriləcək Bakılı - Şuşa oyunu ilə yekun vurulacaq.
Birinci divizion
11-ci tur
21 noyabr
Abşeron - Göyəzən - 5:0
Qollar: Ramil Nuriyev, 28-pen, Emin İbrahimov, 32; 34; 49, Zahid Quliyev, 86.
Rəvan – Karvan - 1:0
Qol: Abu Kanu, 88.
Anşad Petrol - Neftçi İSM - 0:2
Qollar: Georgi Vaşadze, 59; 65.
1. Abşeron 11 9 2 0 30-1 29
2. Rəvan 11 9 1 1 23-5 28
3. MKT-Araz 11 7 1 3 16-13 22
4. Sumqayıt 11 6 3 2 16-13 21
5. Neftçi İSM 11 6 3 2 17-8 20
6. Şahdağ 11 5 4 2 19-8 19
7. Bakılı 10 5 1 4 17-14 16
8. Karvan 11 3 4 4 12-14 13
9. Ədliyyə 11 3 3 5 11-21 12
10. Anşad Petrol 11 2 3 6 14-22 9
11. Göyəzən 11 2 0 9 9-23 6
12. Energetik 11 1 3 7 8-24 6
13. Şəmkir 11 1 2 8 4-14 5
14. Şuşa 10 1 2 7 5-21 5
