21 noyabr 2010 17:48
Nazim Süleymanov: Qarabağ`la oyuna ciddi hazırlaşmışdıq
AZAL-ın baş məşqçisi Nazim Süleymanov bu gün Premyer Liqanın 14-cü turu çərçivəsində Qarabağ ilə oyunda qazandıqları 2:0 hesablı qələbəylə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı qarşılaşmadan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Bilirdik ki, Qarabağ Azərbaycanın ən yaxşı komandalarından biridir, Avropada öz sözünü demiş komandadır. Qarabağ hamımızın komandasıdır. Ötən tur MOİK-lə oyunda vacib 2 xal itirdik. Qarabağ`la oyuna ciddi hazırlaşmışdıq, meydanda bunu göstərdik. Futbolun bəzəyi qoldur. Qol vurub qalib gəldik, komandaya əzmkarlıqlarına görə təşəkkürümü bildirirəm. Qarabağ`a uğurlar arzu edirəm”.
