21 noyabr 2010 19:37
Toni Adams: “Biz anti-futbol oynamadıq”
Qəbələ klubunun baş məşqçisi Toni Adams Neftçi ilə Premyer Liqanın 14-cü turunun oyunu haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, təcrübəli ingilis mütəxəssis liderlə qolsuz heç-heçə haqda bunları dilə gətirib:
“Bugünkü rəqibimiz Premyer Liqanın ən güclü komandasıdır. Biz liderə qarşı oynadıq. Oyun çox ağır keçdi, bunu gözləyirdik. Bizim bir qol imkanımız oldu, Neftçi bir neçə imkandan istifadə edə bilmədi. Komandamdan razı qaldım. Biz anti-futbol oynamadıq, sadəcə müdafiədə diqqətli oynayıb 1 xal qazandıq. Neftçi komandasına uğurlar arzulayıram”.
