21 noyabr 2010 19:48
Bəhmən Həsənov: Rəqibimiz çox güclü idi
Muğan klubunun məşqçisi Bəhmən Həsənov bu gün Premyer Liqanın 14-cü turunun Xəzər Lənkəran`la səfər oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Salyan klubunun sükanı arxasında debüt matçına çıxan Həsənov 2 cavabsız qolla məğlub olduqları oyundan sonra bunları dilə gətirib:
“Bu gün Azərbaycanın ən güclü komandalarından biri olan Xəzər Lənkəran`a qarşı oynadıq. Rəqibimiz çox güclü idi. Xəzər Lənkəran kimi rəqiblə layiqincə mübarizə apardıqları üçün komandama təşəkkürümü bildirirəm”.
