21 noyabr 2010 19:56
Mirça Rednik: Bugünkü qələbəni Alimin köməkliyi ilə qazandıq
Xəzər Lənkəran klubunun baş məşqçisi Mirça Rednik bu gün Premyer Liqanın 14-cü turunun Muğan`la ev oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, cənub təmsilçisinin rumıniyalı çalışdırıcısı 2:0 hesablı qələbə qazandıqları oyundan sonra bunları dilə gətirib:
“Alim Qurbanov haqqında danışmaq istərdim. Səhər sağlamlığı yaxşı deyildi, oynaya bilməyəcəyini düşündük. Lakin özü oynamaq istədiyini bildirdi, mən də razılıq verdim. Demək olar ki, bugünkü qələbəni Alimin köməkliyi ilə qazandıq. Bizim üçün vacib olan qalib gəlmək idi, qələbə qazandığımız üçün şadam. Hamını təbrik edirəm”.
