21 noyabr 2010 20:14
Həmyerlimiz yenə ehtiyatda qaldı, komandası uduzdu
Türkiyə Bank Asiya birinci liqasında mübarizə aparan Kartaslpor bu gün növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Vitali Kovalyovun da şərəfini qoruduğu komanda səfərdə Akhisar Belediyespor`un qonağ`ı olub.
Baş məşqçi Ergün Penbe bu qarşılaşmada da azərbaycanlı qapıçını meydana buraxmayıb. Oyuna gəlincə, Kovalyovun komandası meydandan minimal hesablı məğlubiyyətlə ayrılıb. Ev sahiblərinə qələbə gətirən qolu 64-cü dəqiqədə Murat Gürbüzerol vurub.
Bu yenilgidən sonra Kartalspor 11 xalda qalmaqla, 14-cü pilləyə yuvarlanıb.
