21 noyabr 2010 11:05
Beşiktaş Galatasaray`la derbi öncəsi aparıcı oyunçusunu itirdi
Türkiyə Superliqasının 13-cü turu çərçivəsində dünən keçirilən Beşiktaş – Konyaspor qarşılaşmasında meydan sahibləri təkcə qələbə qazana bilməmələrinə yox, həm də aparıcı oyunçusunu itirmələrinə üzülüb. Azerisport.az xəbər verir ki, görüşün 42-ci dəqiqəsində zədələnərək oyuna davam edə bilməyən Portuqaliya yığmasının da şərəfini qoruyan Rikardo Kuaresma 4 həftəlik sıradan çıxıb.
Qeyd edək ki, Kuaresmanın zədələnməsi onun daha çox növbəti turda keçiriləcək Galatasaray`la derbi öncəsinə təsadüf etməsi Beşiktaş camiəsini daha çox üzüb.
