21 noyabr 2010 11:16
Qarabağ`ın zədəliləri məşqlərə başladı
Qarabağ artıq AZAL-la oyuna hazırdır. Azerisport.az xəbər verir ki, Ağdam klubu oyunun keçiriləcəyi Şəfa stadionunda sonuncu məşqini edərək, matç saatını gözləməyə başlayıb.
Komandanın son çalışması bir saat çəkib. Ağdamlıların son çalışmasında zədəlilər də iştirak edib. Əfran İsmayılov fizioterapevtin nəzarətində məşq edib. Maksim Medvedyevlə Andrey Rubins isə qaçmaqla kifayətlənib. Sadəcə Samir Abasov komandayla birgə olmayıb. Əvəzində Emin İmaməliyev artıq komandayla məşqlərdə iştirak edir.
Qeyd edək ki, AZAL - Qarabağ oyunu bu gün 14:00-da Şəfa stadionunda keçiriləcək.
