21 noyabr 2010 11:35
Rəşad Sadıqovun baş məşqçisinin şikayəti təmin olunmadı
Millimizin kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu Türkiyənin Eskişehirspor klubunun baş məşqçisi Büləny Uyğunun cəzası qüvvədə saxlanılıb. Azerisport.az xəbər verir ki, 8 oyunluq cəzaya layiq görülən mütəxəssis buna görə, Türkiyə Futbol Federasiyasının bu məsələyə yenidən baxması üçün şikayət məktubu ünvanlasa da, istəyinə nail ola bilməyib.
Qeyd edək ki, Uyğun bir sıra futbol adamları, eləcə də futbolçularla birgə, qanunsuz menecerlik fəaliyyəti göstərdiyinə görə, belə sərt cəzayla üzləşib. Onun məsələsinə baxan federasiya rəsmilərinin əksəri yenidən qərarın qüvvədə qalmasına səs veriblər. Nəticədə Eskişehirspor`un çalışdırıcısının cəzasını yüngülləşdirmək istəyi baş tutmayıb.
