21 noyabr 2010 11:56
Kristiano Ronaldo Barcelona`ya meydan oxudu!
Real Madrid`in portuqaliyalı ulduzu Kristiano Ronaldo gələn həftə oynayacaqları Barcelona`nın Almeria`nı 8 cavabsız qolla yenməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, Madrid klubunun hücumçusu əzəli rəqiblərinin 8:0-lıq qələbəsinin onları qorxutmadığını dilə gətirib.
Real Madrid`in üzvü 5:1 hesabıyla qələbə qazandıqları Athletic Bilbao qarşılaşmasının ardından verdiyi açıqlamada bunları söyləyib: “8-0-lıq nəticə mənim üçün başqa nəsə ifadə etmir. Baxarıq görək bizə də 8 qol vura biləcəklərmi”?
Athletic Bilbao ilə qarşılaşmada 3 qol vuran Ronaldo həmçinin bombardir olmağın onun üçün çox da böyük önəm kəsb etmədiyini dilə gətirib: “Qol vurduğum üçün sevincliyəm. Amma önəmli olan komandamın qələbəsiydi. Çempion olmağımız üçün çalışıram. Bombardirlik mənim üçün önəmli deyil”.
