21 noyabr 2010 12:18
Millimizin kapitanının komandası Superliqanın liderinə qarşı
Millimizin kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu Eskişehirspor bu gün Türkiyə Superliqasında növbəti oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası çempionatın hazırkı lideri Trabzonspor`la qarşılaşacaq.
Lakin millimizin müdafiəçisi Trabzona aparılan heyətdən kənarda qalıb. Baş məşqçi Bülənt Uygun Eskişehirspor`un əsas hücumçusu Batuhan Karadənizlə yanaşı Rəşad Sadıqovu da səfərə aparmağa ehtiyac duymayıb. Çünki hər iki futbolçu zədə ucbatından komandanın son hazırlıqlarına iştirak etmirdilər.
Qeyd edək ki, Trabzonspor – Eskişehirspor matçı ərəfəsində həmyerlimizin komandası 11 xalla 14-cü yerdə qərarlaşıbsa, trabzonlular 29 xalla Superliqaya liderlik edirlər.
