21 noyabr 2010 12:47
Şuster Türkiyə klublarının sərgilədiyi futbolu tənqid etdi
Dünən Konyaspor ilə 2:2 hesablı bərabərə qalan Beşiktaş`ın baş məşqçisi Bernd Şuster matçın ardından oldukca maraqlı açıqlamalar verib. Azerisport.az xəbər verir ki, komandasının problemlərindən danışarkən, təcrübəli mütəxəssis rəqiblərinə sataşmağı da unutmayıb.
“Kuaresmanın, Qutinin olmaması, Bobonun zədəsi bizim oyunumuza təsirsiz ötüşmür. Bunu etiraf etmək lazımdır. Çünki belə olan halda rəqiblərimizin də işi çox asanlaşır və bundan maksimum yararlanırlar. Bu xal itkiləri bizi çempionluq yarışından çox uzaqlaşdırır. Ancaq bir şeyi deyə bilərəm: çempionat hələ mayda bitəcək”.
Almaniyalı mütəxəssis rəqip komandaların oynadığı futbolu ələ salmağı da unutmayıb: “Türkiyəyə gələrkən rəqublərdən 60-cı illərdə sərgilənən futbol gözləmirdim. 2010-cu ildə belə futbol oynamaları məni çox təəccübləndirir”.
