22 noyabr 2010 12:57
Petrjela: Mənə Rəşad Sadıqovu komandadan qovmağı təklif edirdilər
Neftçi`nin sabiq baş məşqçisi Vlastimil Petrjela paytaxt klubu, ölkəmizdəki fəaliyyəti haqda maraqlı açıqlamalar verib. Azerisport.az xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində hətta millimizin kapitanı Rəşad Sadıqovu komandadan qovmaq tələbi aldığını da gizlətməyib:
“Mən orada yaxşı yaşayırdım, şəhər spesifik olsa da, xoşuma gəlirdi. İsti, dəniz, dəniz sahili, nəzakətli insanlar. Komanda ilə də əlaqələrim çox yaxşı idi. Hətta öncə mənə Rəşad Sadıqovu komandadan qovmağı təklif edirdilər. Guya, o, qruplaşma yaradırdı. Məlum oldu ki, o, əsl kapitan və peşəkardır və əbəs yerə Azərbaycan yığmasının lideri deyil”.
