22 noyabr 2010 13:04
Yığmamız 16 futbolçuyla Kiprə gedir
Noyabrın 29-dan dekabrın 14-ə qədər Kiprin Larnaka şəhərində 15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesinə aşağıdakı futbolçular dəvət olunub:
Mədinə Xələfova, Günay İsmayılova, Əminə Heydərova, Nərgiz Ömərova, Jalə Məmmədova, Kamilla Məmmədova, Nigar Cəlilli, Şəfəq Nəsirova, Sevinc Babayeva, Sevinc Qurbanova, Leyla Aşurova, Suqra Xəlilova, Ləman Bağırova, Aliyə Vəliyeva, Olya Şioşvili, Aysun Əliyeva.
