22 noyabr 2010 14:05
Rubin rəsmiləri Nasimova görə Bakıya gəlir
Rusiyanın Rubin klubunun rəsmiləri Bakıya gələcək. Azerisport.az xəbər verir ki, onlar paytaxtın Neftçi klubunun rəhbərliyi ilə danışıqlar aparacaqlar.
Ölkəmizə gələcək nümayəndə heyətinə Rubin`in direktoru Muhsin Muhamadiyevin rəhbərlik edəcəyi xəbər verilir. Danışıqların əsas mövzusu isə özbəkistanlı hücumçu Bahodir Nasimov olacaq. Məsələ burasındadır ki, hazırda “ağ-qaralar”ın şərəfini qoruyan bu hücumçunun transfer hüquqları Rubin`ə məxsusdur. Neftçi rəhbərliyi də məhz hazırda icarə əsasında ölkəmizdə top qovan bu forvardın transfer hüquqlarını tam ələ keçirmək istəyir.
Qeyd edək ki, bu mövsüm parlaq oyunu ilə seçilən Bahodir hazırda Premyer Liqada 14 qolla bombardirlər yarışının zirvəsində qərarlaşıb.
