22 noyabr 2010 14:52
Qarabağ Suraxanıya qayıdır
Qarabağ yenidən Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadiona qayıtmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, arena problemi ucbatından son ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirən Ağdam klubu artıq yenidən yuvaya dönməyi qətiləşdirib.
Qarabağ mərkəzi arenadakı son ev oyununu noyabrın 28-də Neftçi`yə qarşı keçirəcək. Həmin oyundan sonra isə bütün rəqiblərini Suraxanıda qəbul edəcək, məşqlərini də burada keçirəcək. Artıq yeniləşən arenanın ot örtüyünün də yaxşı vəziyyətdə olduğu bildirilir.
