22 noyabr 2010 16:23
Juventus üç hücumçu ilə güclənə bilər
İtaliyanın "Juventus" klubu hücumçu axtarışını davam etdirir. Azerisport.az xarici mətbuata istinadən xəbər verir ki, "byankoneri" Almaniyanın "Stuttgart"-ına oyunçu mübadiləsi təklif edir: dayaq yarımmüdafiəçisi Moxamed Sissokonu hücumçu Çiprian Marikin əvəzinə. Bundan başqa, "Qoca sinyora" Amaurini İngiltərənin "Aston-Villa" klubuna 8-10 milyon avro sataraq bu pulları "Real"-da çıxış edən Kərim Benzemanın transferinə yönəldmək niyyətindədir. Həmçinin, "Juve" Hollandiyanın "Ajax" komandasının forvardı Luis Suaresi da ala bilər. Uruqvaylı hücumçuya görə turinlilər 18 milyon avro və müdafiəçi Zdenek Qrıqeranı təklif edir.
