22 noyabr 2010 16:49
Millimiz yoldaşlıq oyununda heç-heçə etdi
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün yoxlma oyunu keçirib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində Neftçi klubunun nəzdindəki U-19 komandası ilə qarşılaşan yığmamız 1:1 hesablı heç-heçəyə razılaşıb. U-16-nın heyətində Ruslan Abdullayev fərqlənib.
