22 noyabr 2010 17:34
AFFA millimizə yeni baş məşqçi təyin etdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Təbriz Həsənova həvalə olunub.
Qeyd edək ki, buna qədər Təbriz Həsənov 16 yaşadək futbolçularan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsində çalışırdı. U-17-yə isə Adil Şükürov rəhbərlik edirdi. Lakin noyabrın 19-da AFFA rəhbərliyi bu çalışdırıcıyla başa çatan müqaviləsinin müddətini artırmayacağını bəyan etdi.
