22 noyabr 2010 17:46
Azərbaycanlı biznesmenlər üçün Dinamo`nu almaq perspektivi
Mərhum gürcü biznesmen Badri Patarkatsişvilinin ailəsi Tiflisin “Dinamo” klubunu satışa çıxarmağa qərar verib. Azerisport.az xəbər verir ki, ailə üzvlərini Gürcüstan futbolunun flaqmanını satmağa bank hesablarının dondurulması məcbur edib.
Məhz bu üzdən başqa çıxış yolları qalmayan Patarkatsişvili ailəsinin üzvləri bununla bağlı bəyanat yaymağı lazım biliblər. Onlar istənilən güzəştlərlə Tiflis klubunu satmağa hazır olduqlarını bəyan ediblər.
Bu isə yerli biznesmenlərlə yanaşı, azərbaycanlı iş sahibləri üçün də geniş perspektiv deməkdir. Hər halda hansısa kluba sahiblik etmək istəyən azərbaycanlı biznesmen bu arzusunu məhz Dinamo`nu almaqla gerçəkləşdirə bilər.
