22 noyabr 2010 18:53
Araz`ın baş məşqçisi: İlk oyunlar həmişə çətin olur
Futzal üzrə UEFA kubokunun elit-raundu çərçivəsində bu gün keçirilən Araz - Ararat Nikosiya oyunundan sonra təmsilçimizin baş məşqçisi Joze Alesio Da Silva qarşılaşmayla bağlı fikirlərini bildirib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan klubunun çalışdırıcısı 2:1 hesablı qələbə haqda bunları dilə gətirib:
“İlk oyunlar həmişə çətin olur. Birinci hissədə xeyli qol imkanımız olsa da, istifadə edə bilmədik. Rəqib isə, əksinə, iki şansdan birini maksimum dəyərləndirdi. Sevinirəm ki, hesabda geri düşdükdən sonra oyunda dönüş yarada bildik və qələbə qazandıq. Növbəti oyunda qol imkanlarından daha dəqiq istifadə etməyə çalışacağıq”.
