22 noyabr 2010 19:29
Təmsilçimizin aşkar üstünlüyü ilə uzlaşmayan minimal fərqli qələbəsi
Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunun ilk turunda son Azərbaycan çempionu Araz Kipr təmsilçisi Ararat Nikosiya klubu ilə münasibətlərinə aydınlıq gətirdi. Azerisport.az xəbər verir ki, hesabı rəqibimiz açsa da, təmsilçimiz sonda meydandan qalib ayrılmağı bacardı.
Lakin əslində təmsilçimiz bu qarşılaşmadan daha böyükhesablı qələbəylə ayrılmağa borclu idi. Hər halda bunu aşağıda verilmiş oyunun statistik göstəriciləri də təsdiqləyir. Sadəcə vurulan zərbələrin sayına baxdıqda, çox böyük fərqi görmək mümkündür. Nə qədər qəribə olsa da, Joze da Silvanın komandasının qapı istiqamətinə vurduğu 40, çərçivəyə endirdiyi 23 zərbədən yalnız 2-si (!) qol oldu. Rəqibin çərçivəyə gedən sadəcə 2 zərbəsindən isə 1-i qolla nəticələndi.
Araz – Ararat Nikosiya
17 Qapıdan yan keçən zərbələr 4
23 Çərçivəyə zərbələr 2
14 Künc zərbələri 3
2 Qayda pozuntuları 2
0 Sarı vərəqə 0
0 Qırmızı vərəqə 0
2 Qollar 1
