22 noyabr 2010 19:54
İtaliya çempionu təmsilçimizlə oyuna qalib qismində çıxacaq
Bu gün Araz Kipr təmsilçisi Ararat Nikosiya üzərində 2:1 hesabıyla qələbə qazandığı qarşılaşmadan bir neçə saat sonra qrupundakı digər rəqiblər də öz aralarındakı münasibətlərə aydınlıq gətiriblər. Azerisport.az xəbər verir ki, İtaliya klubu Montesilvano meydan sahibi olan Rusiya təmsilçisi Viz-Sinara ilə qarşılaşıb.
Qarşılaşmada hesabı elə ilk dəqiqələrdən irəli atılan qonaqlar vurub. 1-ci dəqiqədə fərqlənən Marsio Fortenin qoluna meydan sahibləri yalnız 19-cu dəqiqədə cavab veriblər. Pavel Çistopolov hesabı bərabərləşdirib. Qarşılaşmada qalib yalnız son dəqiqələrdə müəyyənləşib. Adriano Folya 38-ci dəqiqədə İtaliya çempionunu 3 xalla sevindirib.
Qeyd edək ki, bu qrupda ikinci turun oyunları sabah keçiriləcək. Saat 16:00-da Araz məhz ruslar üzərində qələbə qazanmış Montesilvano ilə qarşılaşacaq. Kipr təmsilçisi isə meydan sahibləriylə görüşəcək.
