22 noyabr 2010 20:47
Inter`in baş məşqçisi üçün son şans
Inter`in baş məşqçisi istefa təhlükəsi ilə üz-üzədir. Azerisport.az xəbər verir ki, İtaliya çempionu, qalibi olduğu Çempionlar Liqasının cari mövsümünün qarşıdakı Twente matçını da qələbə ilə başa vura bilməsə, baş məşqçi Rafael Benites işsiz qalacaq.
Həftə sonu alınan Chievo məğlubiyyəti ilə vəziyyətini daha da ağırlaşdıran ispaniyalı mütəxəssisə bu oyunadək 180 dəqiqə vaxt verilmişdi. Lakin göründüyü kimi, o bu vaxtın artıq yarısını tam boşa vermiş oldu. Növbəti 90 dəqiqənin də qələbəsiz tamamlanması istefanı qaçılmaz edəcək.
