22 noyabr 2010 11:21
UEFA kubokundakı təmsilçimiz mübarizəyə bu gün başlayır
Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunda Araz ilk oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, Təmsilçimiz Bakı vaxtı ilə saat 16:00-da, Yekaterinburq şəhərindəki İdman Sarayında Kiprin Ararat Nikosiya komandası ilə qarşılaşacaq.
Maraq üçün xatırladaq ki, komandamız Rusiyaya bu heyətlə yollanıb: Andrey Tveryankin, Marat Salyanski, Anderson Monteyro Da Silva, Felipe Ribeyro Dos Santos, Konstantin Duşkeviç, Manuel Henqiqu Ramos Veyra, Rizvan Fərzəliyev, Alveş Reynaldo De Payva, Zeynal Zeynalov, Melyo Borxes Eduardo, Eder Antonio Souza De Oliveyra, Vitali Borisov.
Araz`ın elit-raundda keçirəcəyi bütün oyunların təqvimi isə belədir:
22 noyabr, saat 16:00
Araz - Ararat Nikosiya (Kipr)
23 noyabr, saat 16:00
Montesilvano (İtaliya) – Araz
25 noyabr, saat 18:15
Araz - VİZ-Sinara (Rusiya)
