22 noyabr 2010 11:47
Millimizin 2010-cu ildəki çıxışına qiymət verildi: Kafi
Azerisport.az oxucuları arasında keçirdiyi növbəti sorğuya yekun vurub. “Millimizin 2010-cu ildəki çıxışını necə dəyərləndirirsiz” sualına respondentlərin 42 faizi “kafi” cavabını verib.
Sorguya qatılanların 32 faizi millimizin bu ilki çıxışını “yaxşı” hesab etdiyi halda, 19 faizi də ümumiyyətlə qiymət vermək istəmədiyini bildirib. Yalnız 7 faiz respondent Berti Foqtslu yığmanın 2010-cu ilini “əla” hesab edir.
