22 noyabr 2010 17:26
Azərbaycan çempionu Ararat üzərində əzmkar qələbə qazandı (YENİLƏNİB)
Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunda Araz ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz Bakı vaxtı ilə saat 16:00-da, Yekaterinburq şəhərindəki İdman Sarayında Kiprin Ararat Nikosiya komandası ilə qarşılaşıb. Oyunda hesabı kiprlilər açsa da, sonradan qarşılaşmada dönüş yaradan təmsilçimiz əzmkar qələbəyə sevinib.
Qeyd edək ki, baş məşqçi Joze Alesio da Silva komandamızı Rusiyaya bu heyətlə aparıb: Andrey Tveryankin, Marat Salyanski, Anderson Monteyro Da Silva, Felipe Ribeyro Dos Santos, Konstantin Duşkeviç, Manuel Henqiqu Ramos Veyra, Rizvan Fərzəliyev, Alveş Reynaldo De Payva, Zeynal Zeynalov, Melyo Borxes Eduardo, Eder Antonio Souza De Oliveyra, Vitali Borisov.
UEFA kuboku (elit-raund)
22 noyabr
16:00. ARAZ (AZƏRBAYCAN) - ARARAT NİKOSİYA (KİPR) - 2:1
Oyun başladı
5. Matç komandamızın kəskin hücumlarıyla başlayıb. Lakin hesabı açmaq istəyimiz hələlik bəhrəsiz qalır
11. Əsas üstünlük komandamızın tərəfində olsa da, hesabı açılmayıb
16. Mihay rəqib komandanı hesabda önə keçirir - 0:1
17. Qoldan sonra Anderson 2, Borisov 1 dəfə qola yaxın olsa da, yenə istəyimizə çata bilmirik
20. Enrike, Fərzəliyev və Felipenin də zərbələri qol gətirmir
İlk yarı başa çatdı
İkinci hissə başladı
22. Komandamız fasilədən sonra da əsas üstün tərəfdi. Artıq 4 dəfə rəqib qapısına zərbə vuran futzalçılarımız istəyinə çata bilmir
24. Geridə qalan dəqiqələrdə Borisov, Fərzəliyev və Felipedən daha 3 qol cəhdi...Yenə bəhrəsiz...
28. Araz`ın heyətində 2 dəfə Edu, 1 dəfə isə Andersonun zərbələri dəqiq olmur
29. Nəhayət Anderson hesabı bərabərləşdirdi - 1:1
30. Komandamız hücumlarını davam etdirir. 2 dəfə Felipe, 1 dəfə Anderson rəqib qapıçını sınağa çəkdi, bəhrəsizdir...
33. Felipe komandamızı hesabda önə keçirdi - 2:1
38. Matçın son dəqiqələrində də komandamız üstünlüyü əldən vermək istəmir. Bartolo 2 dəfə rəqib qapısına yol tapa bilmir
Matç başa çatdı
