22 noyabr 2010 00:11

Qarabağ avrokuboklardan kənar qalmaq təhlükəsiylə üz-üzə

Premyer Liqada 14-cü tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, şənbə günü keçirilən oyunlarla müqayisədə bazar gününün qarşılaşmaları daha böyük əhəmiyyət daşıyırdı. Şübhəsiz ki, bu daha çox həmin oyunların iştirakçılarının turnir cədvəlinin üst pillələrində yer almasından irəli gəlirdi.
 
Bu oyunlardan daha çox maraq doğuranı mərkəzi arenada keçirilən Neftçi – Qəbələ görüşü idi. İlk dövrədə rəqibini 2:0 hesabı ilə məğlub edən Arif Əsədovun yetirmələri turnir cədvəlində liderliyini qorumaq üçün yenə eyni uğuru təkrarlamalıydı. Lakin Toni Adamslı Qəbələ təmsilçisi də son turlar məğlubiyyət tanımırdı. Neftçi cari mövsümdə doğma meydanda məğlub olmamışdısa, Qəbələ də son 7 oyunda meydanı məğlubiyyətsiz tərk edirdi.
 
Paytaxt təmsilçisi ilə vacib oyun öncəsi Qəbələ`nin iki əsas hücumçusu - Deon Bartonla Branimir Subaşiçin oynamaması ciddi itki olsa da, qonaqlar onlarsız da zəif olmadıqlarını isbatlaya bildilər. Hər halda Adamsın komandası yüksələn xətt ilə inkişafını davam etdirir və bu gedişlə daha böyük uğurlar qazanmaq imkanına malik olduğunu sübut edir.
 
Günün paytaxtda baş tutan daha bir maraqlı qarşılaşması Şəfa stadionda oynanıldı. Burda cari mövsümün sürpriz komandalarından hesab olunan AZAL avrokuboklardakı uğurları ilə özündən söz etdirən Qarabağ`ı qəbul etdi. İlk dövrədə bu komandalar arasındakı qarşılaşmada tərəflər qolsuz heç-heçəyə razılaşmışdı. Lakin bu dəfə meydan sahibləri ilk “üçlük”dəki, Qarabağ isə liderlər qrupuna daha da yaxınlaşmaq üçün mütləq qələbə qazanmalı idi.
 
Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda təyyarəçilər`in heyətində sərgilədiyi oyunla fərqlənən Zohair Beouahinin dublu komandasına 3 xal qazandırdı. Qarabağ isə bu məğlubiyyətlə cari mövsüm 5-ci yenilgisini aldı.
 
Ötən tur Bakı`ya da eyni hesabla (0:2) məğlub olan Ağdam təmsilçisinin demək olar ki, bütün üzvləri, rəsmiləri uğursuz çıxışı millinin təlim-məşq toplanışlarıyla bağlamaqdadı. Bu versiyanın öz təsirini göstərməsi mümkündür. Lakin bütün məsuliyyəti millinin təlim-məşq toplanışlarının üstünə atmaq da düzgün deyil. Hər halda Qarabağ rəhbərliyi problemə daha geniş nöqteyi-nəzərdən yanaşmalı və pis gedişin qarşısını almalıdı. Əks halda avrokuboklardakı ən böyük sevinc mənbəyimizi növbəti il Avropanın yaşıl meydanlarında görməyə də bilərik.
 
Son turda daha bir maraqlı qarşılaşma Lənkəranda keçirildi və Muğan`la görüşdə Xəzər Lənkəran`ın gözlənilən qələbəsinin şahidi olduq. Bu oyunu daha çox karyerasını qürub çağını yaşayan Alim Qurbanovun ifasında bir aktyorun tamaşası kimi də dəyərləndirmək olar. Hər halda məhz bu futbolçunun dublu Mirça Rednikin komandasına vacib 3 xal qazandırdı və liderin xal itkisindən maksimum yararlanan cənublular xal fərqini minimuma endirdilər.
 
Premyer Liqa
14-cü tur
 
AZAL - Qarabağ - 2:0 (0:0)
 
21 noyabr 2010. Saat 14:00. “Şəfa” stadionu. 600 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Roman Vasilyev, Yaşar Abbasov
Dördüncü hakim: Alik Yunusov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Orucəli Durmuşov
Sarı vərəqələr: Viktor İbekoyi, 29; Nuqzar Kvirtiya, 37; Elvin Əliyev, 86 // Zaur Haşımov, 1; Aslan Kərimov, 77
Qollar: Zohair Benouahi, 75; 84
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 9. Viktor İbekoyi (17. Vüsal Qarayev, 74), 10. Nuqzar Kvirtiya, 11. Zohair Benouahi, (16. Samir Abdulov, 90+1), 13. Draqan Mandiç, 14. Elvin Əliyev, 15. Qvidas Yuska (23. Pius İkedia, 46), 21. Mirko Bunyevçeviç.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 8. Eleandro Pema, 19. Hüseyn Axundov, 22. Anar Həsənov.
Baş məşqçi: Nazim Süleymanov.
“Qarabağ”: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev (17. Vüqar Nadirov, 75), 4. Zaur Həşimov, 6. Rəşad Sadiqov, 7. Namiq Yusifov (21. Murad Sattarlı, 82), 9. Elvin Məmmədov, 11. Rauf Əliyev, 24. Admir Teli, 25. Ansi Aqolli, 72. Devran Ayhan (8. Aslan Kərimov, 75), 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 3. Aftandil Hacıyev, 16. Rəşad Kərimov, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
 
Xəzər Lənkəran - Muğan - 2:0 (1:0)
 
21 noyabr 2010. Saat 16:00. Lənkəran şəhər mərkəzi stadionu. 9500 tamaşaçı
Baş hakim: Rövşən Əhmədov
Baş hakimin köməkçiləri: Elman Musayev, Coşqun Həsənov
Dördüncü hakim: Teymur Fərhadov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr: Allan Lalin, 68 // Dan Pisla, 4; Ekrem Hodziç, 57
Qollar: Alim Qurbanov, 30; 67
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
Xəzər Lənkəran: 31. Denis Romanovs, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Adrian İordaşe, 7. Ruslan Poladov, 12. Allan Lalin (20. Amid Hüseynov, 78), 14. Rahid Əmirquliyev, 18. Alim Qurbanov (k), 30. Katalin Doman (28. Kristian Kabral, 46), 36. Uinston Parks, 77. Stelian Stanku (8. Konstantin Arbanas, 62).
Ehtiyat oyunçular: 26. Orxan Sadıqlı, 11. Asif Məmmədov, 21. Radomir Todorov, 22. David İmedaşvili.
Baş məşqçi: Mirça Rednik.
Muğan: 1. Amil Ağacanov, 3. Miloş Zeçeviç, 5. Novruz Məmmədov (19. Zaur Əsədov, 70), 6. Taqim Novruzov (34. Cavad Mirzəyev, 78), 7. Elnur Abdullayev (k), 8. Tural Axundov, 9. Elşən Məmmədov, 11. Dan Pisla, 18. Davit Svanadze (77. Reys Klaudiney, 70), 26. Ekrem Hodziç, 30. Anxel Qutyerres.
Ehtiyat oyunçular: 12. Cavid Səfərov, 10. Saşko Pandev, 17. Ravi Rəhmanov, 21. Ceyhun Abdullayev.
Məşqçi: Bəhmən Həsənov.
 
Neftçi - Qəbələ - 0:0
 
21 noyabr 2010. Saat 16:00. Tofiq Bəhramov adına Respublika stadionu. 1000 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: İlham Əliyev, Azər Əsgərov
Dördüncü hakim: Vüsal Əliyev
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Asif Namazov
Sarı vərəqələr: Slavko Georgiyevski, 47 // Yaşar Abuzərov, 74
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
Neftçi: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georgiyevski, 10. Emil Mpenza, 11. Cavid Hüseynov (17. Araz Abdullayev, 62), 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k), 16. Alessandro Viana da Silva (7. Fərid Quliyev, 86), 19. Mirhüseyn Seyidov (25. Cavid İmamverdiyev, 46), 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Elmar Baxşıyev, 26. Tərlan Quliyev, 28. Amit Quluzadə.
Baş məşqçi: Arif Əsədov.
Qəbələ: 12. Pavel Dorosevs, 3. Nodar Məmmədov, 6. Lyuba Baranin (k), 7. Yaşar Abuzərov, 9. Bruno dos Anjos, 11. Terri Kuk (17. Arif İsayev, 28), 14. Milan Antiç, 16. Abdulkader Kamara, 20. Kristian Torres (26. Namiq Əliyev, 90), 33. Saşa Yunisoğlu, 34. Stiv Olfers.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Ramin Quliyev, 5. Sergey Sokolov, 15. Razvan Tarlea, 40. Fərid Haverdiyev.
Baş məşqçi: Toni Adams.
 
 
1 Neftçi 14 9 4 1 29 - 7 31
2 XL 14 9 3 2 16 - 6 30
3 AZAL 14 8 4 2 20 - 7 28
4 İnter 14 8 3 3 13 - 9 27
5 Bakı 14 6 3 5 21 - 16 21
6 Qarabağ 14 6 3 5 15 - 11 21
7 Qəbələ 14 5 5 4 9 - 7 20
8 Gəncə 14 3 7 4 19 - 20 16
9 Turan 14 2 5 7 11 - 21 11
10 Muğan 14 2 5 7 6 - 16 11
11 Simurq 14 1 4 9 9 - 21 7
12 MOİK 14 1 2 11 5 - 32 5
 
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 14. Qvidas Yuşka (AZAL), Junivan Suares (Gəncə) – 7. Georgi Adamiya – 6...
 
15-ci turun oyunları: 27 noyabr - Bakı – Xəzər Lənkəran, Gəncə – MOİK, Qəbələ – Simurq. 28 noyabr - Turan – AZAL, Muğan – İnter, Qarabağ – Neftçi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.