22 noyabr 2010 12:12
Juventus Türkiyə klubuna keçmək istəyən futbolçuya hədə-qorxu gəlib
Liverpool`da forma geyən Danimarka millisinin futbolçusu Kristian Poulsen şok açıqlamayla çıxış edib. Azerisport.az xəbər verir ki, o, Türkiyə klubu Fenerbahçe`yə transfer olmaq istədiyi üçün İtaliyanın Juventus klubu tərəfindən təhdid edildiyini açıqlayıb.
O açıqlamasının davamında bildirib ki, Fenerbahçe'nin nə bahasına olursa-olsun onu İstanbula aparmaq istəməsini eşidən o vaxtkı klubunun rəhbərliyindən aşağılayıcı SMS-lər alıb. Juventus başbilənləri ona bu yolda çoxlu hədə-qorxu gəlməklə yolundan döndərməyə nail olub.
